Vaxtı keçmiş yarım ton dərman zərərsizləşdirildi

Vaxtı keçmiş yarım ton dərman zərərsizləşdirildi
10:56 10 Yanvar 2016
35 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) heyvan həyatı üçün təhlükəli olan, mənşəyi məlum olmayan, saxta, keyfiyyətsiz baytarlıq preparatlarının istehsalı və satışının qarşısını almaq məqsədi ilə reyd keçirib.

DBNX-nin mətbuat katibi Yolçu Həsənov ANS PRESS-ə bildirib ki, reyd zamanı Bakı şəhərində iki baytarlıq aptekindən 70 kiloqramdan çox kustar üsulla hazırlanmış saxta, keyfiyyətsiz dərman maddəsi aşkar olunaraq götürülüb.

Həmin dərman preparatlarının yoxlanılması məqsədi ilə müvafiq laboratoriya müayinəsi aparılıb. Analizin nəticələrinə əsasən, bu dərmanların saxta, kustar üsulla hazırlandığı və keyfiyyətsiz olması müəyyən edilib.

Həmçinin Yevlax rayonunda da reyd keçirilib. Reyd nəticəsində Xəlilov Səməd Mikayıl oğluna məxsus Yevlax rayonu S.Ruhulla küçəsi, mənzil 37 ünvanında yerləşən baytarlıq dərman preparatları saxlanan anbarından və baytarlıq aptekindən 23 adda 500 kiloqrama yaxın vaxtı keçən, 8 adda 5 kiloqrama yaxın qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçməyən, normativ texniki-sənədlərin tələblərinə cavab verməyən, mənşəyinə dair heç bir sənədi olmayan baytarlıq dərman preparatları aşkar edilərək qanunvericiliyə uyğun zərərsizləşdirilmək məqsədi ilə götürülüb. Həmin dərman maddələrindən də nümunələr götürülərək müayinə üçün müvafiq laboratoriya göndərilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, mənşəyi məlum olmayan, saxta, kustar üsulla hazırlanmış baytarlıq dərman preparatlarının satışının və istehsalının qarşısının alınması üçün reydlər bundan sonra da davam etdiriləcək. Bu kimi işlərlə məşğul olanlar barəsində daha ciddi inzibatı tədbirlər görüləcək.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=369337

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR