​"Formula 1"in ilk qadın pilotu vəfat edib

​"Formula 1"in ilk qadın pilotu vəfat edib
10:57 10 Yanvar 2016
25 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 10 yanvar. REPORT.AZ/ "Formula 1"də çıxış etmiş ilk qadın pilot Mariya Tereza de Filippis vəfat edib.
"Report"un məlumatına görə, italiyalı sabiq idmançı 90 yaşında ikən dünyasını dəyişib.
O, 1958-ci ildə 3 "Qran Pri" yarışlarında iştirak edib. İlk yarışda o, finişə 10-cu çatıb. De Filippis karyerasını öz komandasının rəhbəri Jan Behrin ölümündən sonra başa vurub. 1997-ci ildə isə sabiq pilotların beynəlxalq klubunun vitse-prezidenti seçilib.
Qeyd edək ki, indiyədək "Formula 1"ə 5 qadın pilot qatılıb. Onlardan yalnız 2-si yürüş zamanı start xəttinə çıxıb.

Xəbərin orijinal ünvanı: http://report.az/ferdi/formula-1-in-ilk-qadin-pilotu-vefat-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR