"Formula 1"in ilk qadın pilotu vəfat edib

"Formula 1"in ilk qadın pilotu vəfat edib
11:12 10 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+

"Formula 1"də çıxış etmiş ilk qadın pilot Mariya Tereza de Filippis vəfat edib.

"Report"un məlumatına görə, italiyalı sabiq idmançı 90 yaşında ikən dünyasını dəyişib.
O, 1958-ci ildə 3 Qran-Pri yarışında iştirak edib. İlk yarışda o, finişə 10-cu çatıb. De Filippis karyerasını öz komandasının rəhbəri Jan Behrin ölümündən sonra başa vurub. 1997-ci ildə isə sabiq pilotların beynəlxalq klubunun vitse-prezidenti seçilib.
Qeyd edək ki, indiyədək "Formula 1"ə 5 qadın pilot qatılıb. Onlardan yalnız 2-si yürüş zamanı start xəttinə çıxıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/396670.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR