Adamın xasiyyətini öyrənmək üçün...

Adamın xasiyyətini öyrənmək üçün...
11:37 10 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Dünyada üst-üstə düşən barmaq izi yoxdur. Hər insanın özünəməxsus barmaq izi olur. Barmaq uclarına işıq altında diqqәtlә baxdıqda burada xәtlәrin müxtәlif naxışlar әmәlә gәtirdiyini görәrik. Həmin naxışlar, əsasən, qövs, ilmә vә buruq formasında olur. Milli.Az publika-ya istinadən bildirir ki, bu formalardan asılı olaraq isə xarakteriniz də dəyişir.

1. Qövs
 
Barmağın ucundakı izlər qövs formasındadırsa, deməli,  çox davakarsınız. Belələri başqalarının fikri ilә razılaşmırlar. Öz mövqelərini sona kimi müdafiə edirlər. İdarəçiliyə meyllidirlər. Daim lider olmağa can atırlar.
 
2. İlmә
Barmaq izlәriniz ilmәni xatırladırsa, ekstremal hallar istisna olmaqla, gündəlik həyatda çox enerjilisiniz. Adәtәn, belәləri sevmәdiklәri darıxdırıcı işlә məşğul olmağa məcbur olurlar. Onlar həyatlarını dəyişmək üçün addım atmırlar. Lakin olduqca mehriban, tez uyğunlaşan, sәmimi, güzәştә gedәn v әtәmәnnasız kömәk edәnlərdir.
 
3. Buruq
Onlar yaradıcıdır, ancaq işgüzar deyillər. Ona görə də hər işləri yarımçıq qalır. Daim özündәn narazıdırlar, depressiyaya meyllidirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/396674.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR