Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Narkobaronu Hollivud ulduzu "satdı"

​Narkobaronu Hollivud ulduzu "satdı"

Date: 10 January 2016 11:47

"Bəstəboy" ləqəbli narkobaron Xoakin Qusman Hollivud aktyoru və rejissoru Şon Penə gizli müsahibə verib.

"Report" "Frans Press"ə istinadən xəbər verir ki, onların görüşü cinayətkarın ötən il həbsdən qaçmasından sonra polisin təqibindən gizləndiyi dövrlərdə baş tutub.

Polis məhz bu gizli müsahibədən yararlanaraq El Çaponun izinə düşüb. Müsahibənin mətni yanvarın 9-da "Rolling Stones" jurnalında dərc olunub. Məqalədə Şon Penn və El Çaponun fotosu da dərc olunub. Şəkil 2015-ci il oktyabrın 2-də müsahibənin həqiqiliyini müəyyən etmək üçün çəkilib.

İkiqat "Oskar" mükafatı laureatçısı narkobaron ilə meksikalı aktrisa Keyt del Kastilyo sayəsində əlaqə yarada bilib. Məhz o, Penni Meksikaya aparıb.

Həbsxanadan qaçan Qusman yanvarın 8-də yaxalanıb. Hazırda onun ABŞ-a ekstradisiyası məsələsinə baxılır.

2012-ci ildə "Forbes" jurnalı El Çaponu dünya milyarderləri siyahısına daxil edib.

Milli.Az


Tags:  Narkobaronu Hollivud ulduzu satdı


RƏYLƏR


Top news