Köln hadisələrini 100 polis əməkdaşından ibarət xüsusi qrup araşdırır

Köln hadisələrini 100 polis əməkdaşından ibarət xüsusi qrup araşdırır
11:53 10 Yanvar 2016
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 yanvar, AZƏRTAC
Yeni il axşamı Kölndə qadınlara hücumları təhqiq etmək üçün xüsusi istintaq qrupu yaradılıb.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, qalmaqala səbəb olmuş hücumların araşdırılmasına hüquq mühafizə orqanlarının100-dən çox əməkdaşı cəlb edilib. Bu, ərizələrin sayının kəskin surətdə artması ilə izah olunur. Qanun keşikçiləri hazırda digər polis şöbələrindən müvafiq müraciətləri toplayıb analiz edirlər. Çünki zərər çəkmiş qadınların bir çoxu Kölndəki yeni il şənliklərinə başqa şəhərlərdən gəlib.
Hücumlar haqqında polisə ümumilikdə 379 ərizə verilib (ilk vaxtlar söhbət 90 ərizədən gedirdi). Zərərçəkənlərin 40 faizi onlara qarşı törədilən cinayətlərin seksual xarakter daşıdığını bildirirlər. İstintaq əsasən Şimali Afrika ölkələrindən olan kişilərlə bağlı aparılır.
Xatırladaq ki, yeni il insidenti ilə əlaqədar Köln şəhər polisinin başçısı istefaya göndərilib. İndi isə Almaniyanın ədliyyə naziri bəyan edir ki, yeni il gecəsi qadınlara edilən hücumlar əvvəlcədən planlaşdırılıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Koln_hadiselerini_100_polis_emekdasindan_ibaret_xususi_qrup_arasdirir-917308

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR