"Keçmiş ərim və oğlum yeni sevgilimi çox sevirlər"

"Keçmiş ərim və oğlum yeni sevgilimi çox sevirlər"
12:22 10 Yanvar 2016
297 Maraqlı
Ölkə mətbuatı
A- A+

Avstraliyalı model Miranda Kerr keçmiş həyat yoldaşı Orlando Blumdan ayrıldıqdan sonra yeni sevgilisini oğlu ilə tanış etməsindən danışıb.

Big.az xarici mətbuata istinadən bildirir ki, 16 yaşında sevgilisini itirən model o hadisədən sonra depressiyaya düşdüyünü və daha sonra Orlando Bluma aşiq olduğunu söyləyib.

2010-cu ildə Orlando ilə evlənən model 3 ildən sonra evliliyini sonlandırıb. Hazırda onunla dost qaldığını və "Snapchat"ın qurucusu Evan Şpigel ilə sevgili olduğunu bildirib. "Sevgidən qorxmamağa qərar vermişəm", - deyən model özündən 7 yaş balaca sevgilisinin oğlu ilə dost kimi münasibət qurduğunu da sözlərinə əlavə edib.
Keçmiş həyat yoldaşı Orlando da Evanın möhtəşəm biri olduğunu düşünür. 
"Biz böyük və modern bir ailəyik", - deyən model açıqlamasını sonlandırıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/396677.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR