Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sabahdan dolların qiyməti stabilləşəcək

Sabahdan dolların qiyməti stabilləşəcək

Date: 10 January 2016 12:34

Yanvarın 11-dən vətəndaşların banklardan daha aşağı məzənnə ilə ABŞ dolları əldə etməsi mümkün olacaq.

 

Lent.az-ın məlumatına görə, bu barədə modern.az-a kommersiya banklarındakı mənbələrdən məlumat daxil olub.

 

Məlumata görə, artıq bununla bağlı Mərkəzi Bank tərəfindən kommersiya banklarına rəsmi məktub göndərilib. Belə ki, artıq kommersiya bankları xarici valyutanın məzənnəsini sərbəst müəyyən edə bilməyəcək. Bankların müəyyənləşdirdiyi məzənnə ilə Mərkəzi Bankın müəyyənləşdirdiyi məzənnə arasında 4 faiz fərq ola bilər. Bu da o deməkdir ki, həftənin 1-ci günü vətəndaşlar kommersiya banklarından 1.62 manata da ABŞ dolları əldə edə biləcək.

 

Qeyd edək ki, bir gün öncə paytaxtın bəzi valyutadəyişmə məntəqələrində dolların alış-satış məzənnələri 1,83-1,87 AZN/USD-yə qədər yüksəlmişdi. Lakin Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta mübadiləsi əməliyyatları üçün yenidən marja (+/- 4%) tətbiq etməsi "exchange"lərin məzənnə siyasətini xeyli məhdudlaşdırıb. Bu gün paytaxtdakı əksər valyutadəyişmə məntəqələtində 1 ABŞ dollarının alışı 1,55-1,56 manat, satışı isə ən yaxşı halda 1,6260 manata aparılıb.

 

Xatirladaq ki, Mərkəzi Bankın yanvarın 7-11-nə rəsmi məzənnəsi - 1,5642 AZN/USD-dir. Yəni, bu günlərdə "exchange"lərdə dolların alış məzənnəsi minimum 1,5016 AZN/USD, satış məzənnəsi isə maksimum 1,6268 AZN/USD ola bilər.


Tags:  Sabahdan dolların qiyməti stabilləşəcək

RƏYLƏR


Top news