Modanın mini "inqilabçısı" dünyadan köçdü

Modanın mini "inqilabçısı" dünyadan köçdü
12:52 10 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+

Fransada qısa ətəyin yaradıcısı kimi tanınan modelyer Andre Kurrej vəfat edib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, modelyer 93 yaşında yuxuda ikən dünyasını dəyişib.

Kurrej uzun müddət parkinson xəstəliyindən əziyyət çəkib.

Kurrej Parisə Po şəhərindən gəlib. O, 11 ildən sonra həyat yoldaşı ilə şəxsi "Courreges" moda evini təsis edib. Beləcə, Andre qadın geyimlərində yeni tərz yaradıb. Bir müddət sonra modelyer səhmlərini Yaponiya şirkətinə satıb. Bir müddət sonra şirkət onun işlərinə müdaxilə edib. Bununla barışa bilməyən Kurrej moda sahəsindən uzaqlaşıb və rəssamlıqla məşğul olmağa başlayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/396683.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR