Aynişan "O səs Türkiyə"ni tərk etdi

Aynişan "O səs Türkiyə"ni tərk etdi
12:56 10 Yanvar 2016
401 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Aybəniz Haşımovanın müğənni qızı Aynişan Quliyeva “O səs Türkiyə” yarışmasını tərk edib. 

Axşam.az-ın məlumatına görə, o, bu haqda sosial şəbəkədə yazıb.

A.Quliyeva yarışmada Azərbaycanı bacardığı qədər təmsil etməyə çalışdığını bildirib:

“Əzizlərim, sizlərə "O səs Türkiyə"dən ələndiyimi xəbər vermək istəyirəm. Belə məsləhət oldu, üzülməyin. Əsas odur ki, mən bacardığım qədər bizi gözəl təmsil etməyə çalışdım. Sonuna qədər sevgimi və sayqımı əsirgəmədim. Həyatımda yaşadığım ən gözəl anlardan biri oldu. O qədər şanslıyam ki... Həm qatıldım, həm də ən gözəl şəkildə birinci turu keçdim. Murat Bozun Azərbaycan dilində mənimlə birgə ifasi həyatımın sonuna gədər unutmayacağım bir andır. Murad Boz peşəkar bir ifaçıdır və onun seçimi müzakirə olunmazdır. Əsas odur ki, güclü səsi olan iştirakçılarla yarışdım. Məni dəstəkləyən bütün insanlar, hər birinizə ayrı ayrılıqda çox təşəkkür edirəm. Sizin dəstəyinizə ehtiyac duyan diğər yarışmaçılarımız var. Gəlin onlara da dəstək olaq”.

Qeyd edək ki, eni qaydalara görə, komanda rəhbəri 5 nəfər seçir. Məşq prosesində onları dinlədikdən sonra qərar verir. Beşlikdən biri birbaşa növbəti mərhələyə keçir. İkisi səhnəyə çıxaraq növbəti mərhələ uğrunda yarışır. Digər ikisi isə səhnəyə çıxmadan yarışmanı tərk edir.

A.Quliyeva müsabiqədə "Gəl ey səhər" mahnısını oxumuş və dörd münsifi də döndərmişdi. O, yarışmaya Murad Bozun komandasında davam etmişdi.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43950

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR