Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Mikrobları öldürən çay

Mikrobları öldürən çay

Date: 10 January 2016 14:05

Araşdırmalar kəklikotunun orqanizm üçün çox faydalı olduğunu sübut edib. Güclü antioksidant olan kəklikotu iltihabları aradan qaldırır, ağrıları azaldır, bəlğəmi sökür, immuniteti gücləndirir. Həmçinin həzm sisteminə yaxşı təsir edir, iştahı açır, mədə problemlərini aradan qaldırır. Menstruasiya zamanı ağrıları azaldır, həmin dövrü daha rahat keçirməyə yardım edir. Bitkinin ən mühüm xüsusiyyətlərindən biri də mikrobları öldürməsidir.

Bəs kəklikotunun bu faydalarından yararlanmaq üçün ondan necə istifadə etmək lazımdır?
 
Publika.az kəklikotu çayı hazırlamağın asan üsulunu təqdim edir:
 
2 çay qaşığı xırda doğranmış kəklikotunun üzərinə 1 stəkan qaynamış su əlavə edin. Beş dəqiqə dəmləyin. Daha sonra süzüb gündə 1-2 dəfə için.

Milli.Az


Tags:  Mikrobları öldürən çay

RƏYLƏR


Top news