Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiya dediyindən dönmür

Rusiya dediyindən dönmür

Date: 10 January 2016 14:16

Rusiyanın Kənd Təssərrüfatı Nazirliyi yanında fitosanitar nəzarət xidməti, 226 kiloqram meyvəni məhv edib. Bu dəfə də hədəfdə əsasən Türkiyədən idxal olunub.

ANS PRESS-in məlumatına görə sanksiya qoyulmuş bu məhsullar Rusiyanın Jeleznovodsk əyalətində qida məhsulları satılan dükanlardan birində aşkarlanıb.

Stavropol vilayətinin Fitosanitar nəzarət xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilir ki , Rusiyaya gətirilməsi qadağan olunan bu naringilər 4 yanvarda qablaşdırılıb. Adıçəkilən əraziyə isə onlar növbət gün çatdırılıb.Həmin məhsulların Rusiyaya gətirilməsi isə 01 yanvar 2016-cı il tarixdən qadağandır. Nəticədə qadağan olunmuş 226 kq sitrus meyvəsi nəzarət xidmətinin əməkdaşları tərəfindən məhv edilib.


Qadağan olunmuş sitrus meyvələri


Bənzər hadisə ötən ilin 15 dekabr tarixində baş verib. Rusiya tərəfindən qadağaya məruz qalan 10 ton portağal yandırılaraq məhv edilməsə də, geri göndərilmişdi. Türklər isə birlik və güc göstərərək həmin meyvələri insanlara təmənnasız paylamışdı.

28 noyabr 2015-ci ildə Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı sanksiyaların tətbiqi haqqında sərəncam imzalayıb. Belə ki, Rusiya ərazisində 1 yanvar 2016-cı ildə Türkiyədən tərəvəz, meyvə, gül, quş əti, duz və digər malların idxalı qadağan edilib.

Rusiyanın Türkiyəyə sanksiyalar tətbiq etməsi iki ölkə arasında münasibətlərin pozulmasından sonra olub. Münasibətlər isə noyabrın 24-də Türkiyə qırıcı təyyarəsinin Rusiyaya məxsus Su-24 təyyarəsini vurmasından sonra korlanıb. Türkiyə tərəfi bunu ölkənin hava məkanının pozulduğu üçün etdiyini desə də, Rusiya tərəfi bu iddiaları rədd edir. Bundan başqa, Rusiya Türkiyənin bu addımını "arxadan vurulan zərbə" adlandırır.

Tags:  Rusiya dediyindən dönmür


RƏYLƏR


Top news