Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bu futbolçunun qiyməti 35 milyon ucuzlaşdı

Bu futbolçunun qiyməti 35 milyon ucuzlaşdı

Date: 10 January 2016 14:17

Fransa millisinin və "Bavariya"nın ulduzu Frank Riberi karyerasının ən çətin günlərini yaşayır. Fanat.azxəbər verir ki, son 10 ay müsəlman futbolçu üçün sözün əsl mənasında kabuas çevirilib.

2015-ci ilin martında ayaq biləyindən zədələnən, ardınca əzələ yırtığı diaqnozu qoyulan Riberi həmin vaxtdan 46 oyuna çıxa bilməyib. Son 10 ayda cəmi 2 matçda (birində 15, digərində 45 dəqiqə) oynaya bilən futbolçunun bu vəziyyəti karyerasına ciddi şəkildə təsir edir. 2010-cu ildə transfer dəyəri 50 milyon avroya qalxan Riberinin qiyməti indi 15 milyon avroya düşüb. 

Qeyd edək ki, "Bavariya" 2007-ci ildə onu Marsel "Olimpik"indən 25 milyon avroya transfer etmişdi. 2012/13 mövsümündəki performası ilə UEFA tərəfindən "İlin futbolçusu" adına layiq görülən fransalı futbolçunun Münhen klubundan göndəriləcəyi deyilir.

Onu da qeyd edək ki, Riberi indiyədək "Qalatasaray"la Türkiyə Kubokunu (1 dəfə), "Olimpik"lə UEFA İntertoto Kubokunu (1), "Bavariya" ilə Bundesliqanı (5), Almaniya Kubokunu (4), Liqa Kubokunu (1), ölkə Super Kubokunu (2), Çempionlar Liqasını (1), UEFA Super Kubokunu (1) və klublararası dünya çempionluğunu (1) qazanıb.

Fanat.az


Tags:  futbolçunun qiyməti 35 milyon ucuzlaşdı

RƏYLƏR


Top news