Heyvanlar arasında müalicə-profilaktiki və epizootik tədbirlərə start verilib

Heyvanlar arasında müalicə-profilaktiki və epizootik tədbirlərə start verilib
14:38 10 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 yanvar, AZƏRTAC
Respublikada heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik tədbirlərin səmərəliyini təmin etmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş “Epizootik tədbirlər planı”na uyğun olaraq müalicə və profilaktiki, epizootik tədbirlərin aparılmasına start verilib.
Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat katibi Yolçu Həsənov AZƏRTAC-a bildirib ki, bu günlərdə ölkə ərazisində iribuynuzlu, təkdırnaqlı heyvanlar arasında qarayara, itlər arasında quduzluq, quşlar arasında nyukasl xəstəliyinə qarşı peyvəndləmə, həmçinin brusellyoz xəstəliyinə görə serioliji müayinələrin aparılması məqsədilə qanalma tədbirlərinə başlanılıb.
DBNX əhalinin və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, heyvanlarda özbaşına müalicə, peyvəndləmə və digər tədbirlər aparılması yolverilməzdir. Heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır. Tövsiyə olunur ki, heyvanların müalicə və profilaktiki, epizootik tədbirlərdən kənar qalmaması üçün sahə baytarlıq məntəqələri və baytarlıq idarələrinə müraciət edilsin, bütün tədbirlər baytar həkiminin iştirakı və nəzarəti altında aparılsın.
Hazırda heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti epizootik tədbirlər planına uyğun olaraq, yerli baytarlıq idarələrini xəstəliklərin profilaktikası üçün peyvənd vasitələri ilə təmin etməklə lazımi nəzarət tədbirləri həyata keçirir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Heyvanlar_arasinda_mualice_profilaktiki_ve_epizootik_tedbirlere_start_verilib-917321

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR