“Prezidentlərin son görüşü də formal xarakter daşıyıb”

“Prezidentlərin son görüşü də formal xarakter daşıyıb”
14:44 10 Yanvar 2016
31 Ölkə
Ölkə mətbuatı
A- A+

 “2015-ci ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı heç bir irəliləyiş olmayıb, prezidentlərin son görüşü də formal xarakter daşıyıb”.

 

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

 

Dövlət başçısının sözlərinə görə, bunun səbəbi odur ki, Ermənistan sülh istəmir, status-kvonu mümkün olduğu qədər çox saxlamağa çalışır, işğal olunmuş torpaqlardan çəkilmək niyyətində deyil: “Ermənistan danışıqları, sadəcə, bir proses kimi qəbul edir, vaxt uzatmaqla məşğuldur və danışıqları sonsuz bir proses kimi gələcəkdə də görmək istəyir. Bizim isə mövqeyimiz tam fərqlidir, biz münaqişənin həllini istəyirik. ATƏT-in Minsk Qrupunun həmsədrləri də dəfələrlə bildiriblər ki, onlar da münaqişənin həllini istəyirlər. Təbii ki, vasitəçilərin vəzifəsi bundan ibarətdir. Əfsuslar olsun ki, bu istiqamətdə işğalçıya heç bir ciddi təzyiq göstərilmir”.

 

Prezident İlham Əilyev deyib ki, münaqişənin həllində Azərbaycanın mövqeyi beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır: “2015-ci ildə Azərbaycan təmas xəttində üstünlüyə yiyələnib, öz iradəsini diqtə edib. Azərbaycan bundan sonra da döyüş potensialını gücləndirəcək”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228136

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR