Oğlu Zəlimxan Yaqubun vəsiyyətindən danışdı - fotolar

Oğlu Zəlimxan Yaqubun vəsiyyətindən danışdı -  fotolar
15:06 10 Yanvar 2016
414 Şou
Ölkə mətbuatı
A- A+

Xalq şairi Zəlimxan Yaqubun evində təziyyə mərasimi keçirilir.

Axşam.az xəbər verir ki, musavat.com-a açıqlama verən mərhum şairin oğlu Bəhlul Yaqubov böyrək çatışmazlığından əziyyət çəkən Z.Yaqubun son anından bəhs edib:

“Atamdan səhhəti ilə bağlı çox şey gizlədirdik. İnsandır, yəqin ki, ölümünü hiss edirdi. Bizə vəsiyyət edib getdi. Son sözləri “Xalqım, millətim üçün mənalı ömür yaşadım, övladlarıma da bu cür həyat yaşamağı arzulayıram” oldu”.

Qeyd edək ki, xalq şairi Zəlimxan Yaqub yanvarın 11-də Birinci Fəxri Xiyabanda dəfn olunacaq. Mərhum ilə vida mərasimi yanvarın 11-də saat 12.00-dən 14.00-dək Təzə Pir məscidində keçiriləcək.

 


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43955

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR