Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

​İlham Əliyev: "Süni bahalaşmaya son qoyulmalıdır"

​İlham Əliyev: "Süni bahalaşmaya son qoyulmalıdır"

Date: 10 January 2016 15:07

Bakı. 10 yanvar. REPORT.AZ/ "Məzənnə məsələsindən natəmiz insanlar, işbazlar sui-istifadə etmək istəyirlər. Süni bahalaşmaya son qoyulmalıdır".
"Report" xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
"İstehlak qiymətlərinə çox ciddi nəzarət etmək lazımdır. Manatın məzənnəsinin dəyişməsi ilə bağlı bəzi işbazlar süni şəkildə qiymətləri qaldırmaq istəyirlər. Əlbəttə ki, biz müəyyən dərəcədə, ərzaq məhsulları ilə bağlı idxaldan asılıyıq. Hələ ki, özümüzü 100 faiz təmin edə bilməmişik. Ancaq o məhsullar ki, Azərbaycanda istehsal olunur, burada qiymət artımı ümumiyyətlə mümkün deyil, olmamalıdır. Mən bilirəm və mənə məlumat da gəlir ki, məzənnə məsələsindən natəmiz insanlar, işbazlar sui-istifadə etmək istəyirlər. Buna son qoyulmalıdır. Süni bahalaşmaya son qoyulmalıdır. və burada çox ciddi cəza tədbirləri görülməlidir. Biz sadəcə cərimələrlə kifayətlənməməliyik. Prokurorluq orqanları çox ciddi məşğul olsunlar bu işlə. Bu vəziyyətdən öz şəxsi maraqlarını təmin etmək istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görülməlidir. Mətbuatda da bu işıqlandırılmalıdır ki, buna son qoyulsun", - deyə dövlət başçısı bildirib.

Tags:  İlham Əliyev Süni bahalaşmaya son qoyulmalıdır

RƏYLƏR


Top news