Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Donuz qripi" Türkiyədə yenə can aldı

"Donuz qripi" Türkiyədə yenə can aldı

Date: 10 January 2016 15:16

Türkiyədə daha 3 nəfər H1N1 virusundan, yəni “donuz qripi”ndən dünyasını dəyişib. Belə ki təkcə dünən 3 nəfər "donuz qripi” əlamətləri ilə xəstəxanaya yerləşdirilib. 57 yaşlı Səbri Ö., 46 yaşlı Rəmziyə T. və 87 yaşlı Mustafa C. həkimlərin səyinə baxmayaraq ölüblər.

ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, son 2 gündə ölkənin 35 vətəndaşında bu xəstəlik aşkar edilib. Yanvarın 7 və 8 -də isə "donuz qripi" aşkar edilən 35 nəfərdən beşi dünyasını dəyişib.

Ümumiikdə ilin əvvəlindən bu günə kimi qonşu ölkədə təkcə bu qripdən ölənlərin sayı 16 -ya çatıb. Artıq bununla bağlı Türkiyə Səhiyyə Nazirliyi həyəcan təbili çalır.


"Donuz qripi"nə yoluxanlar

Ölümcül virus təhlükəsi İstanbulla yanaşı, Türkiyənin digər yerlərində də yayılıb. Diyarbəkirdə iki, Əskişəhərdə isə bir nəfər “donuz qripi” şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Türkiyə Səhiyyə Nazirliyindən verilən məlumata görə son günlər vətəndaşların “donuz qripi” şübhəsi ilə xəstəxanalara müraciəti artıb.

Tək Türkiyə deyil Azərbaycanla həmsərhəd ölkələrdə İran, Ermənistanda da son günlər bu virusdan ölənlərin sayı durmadan artır. Azərbaycan səhiyyəsi isə virusun ölkəyə gəlməsinin qarşısını almaq üçün məhz bu ölkələrlə sərhəddə nəzarəti gücləndirib.

“Donuz qripi" - insanlar arasında yayılan müxtəlif A/H1N1 viruslarının qarışığından yaranan xəstəlikdir.Bu virusa ilk dəfə 2008-ci ilin aprelində Meksikanın La-Qloriya kəndində yaşayan beş yaşlı oğlan Edqar Ernandes donuz ferması yaxınlığında yoluxub.


Meksika La-Qloriya kəndi


Həmin vaxtdan dünyanın 135 ölkəsində 134 mindən çox adam bu qripə yoluxub ki, onların da 700 nəfərdən çoxu dünyasını dəyişib. Xəstələrin sayı ABŞ, Meksika, Kanada, Böyük Britaniya, Çili və Avstraliyada daha çoxdur.


"Donuz qripi"nin ən çox yayıldığı ölkələr





Tags:  Donuz qripi Türkiyədə yenə can aldı


RƏYLƏR


Top news