“Udinese” futbol klubunun stadionu “Dacia Arena” adlandırılacaq

“Udinese” futbol klubunun stadionu “Dacia Arena” adlandırılacaq
15:23 10 Yanvar 2016
28 Digər
Ölkə mətbuatı
A- A+


Udine, 10 yanvar, AZƏRTAC
İtaliyanın Udine şəhərində yenidən qurulmuş “Friuli” stadionunun adı bu il yanvarın 17-də dəyişdirilərək “Dacia Arena” adlandırılacaq. Həmin gün adı təzələnən stadionda “Udinese” və “Yuventus” futbol klubları qarşılaşacaq.
Xatırladaq ki, Rumıniyanın “Dacia” avtomobil şirkəti “Udinese” klubunun rəhbərliyi ilə 7 illik müqavilə imzalayıb. Müqaviləyə əsasən stadionun “Daci Arena” adlandırılmasına görə şirkət kluba illik 500 min avro ödəyəcək. 25 min yerlik stadionun yenidən qurulması 25 milyon avroya başa gəlib.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Udine

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Udinese_futbol_klubunun_stadionu_Dacia_Arena_adlandirilacaq-917324

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR