Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

PowerBall lotereyasının cekpotu milyard dollara yaxınlaşıb

Azərbaycanlı milyarder dünyada ən varlı 500 nəfərdən biridir (06 Mart 2017 09:43)
Azərbaycanlı milyarder dünyada ən varlı 500 nəfərdən biridir (06 Mart 2017 09:37)
Ən böyük valyuta ehtiyatlarına malik ölkələr – SİYAHI (18 Fevral 2017 23:27)

Tarix: 10 Yanvar 2016 15:43


Bakı, 10 yanvar, AZƏRTAC
Ötən şənbə günü ABŞ-ın PowerBall lotereyasının məbləği 900 milyon dolları ötən cekpotunu udmaq heç kəsə müyəssər olmayıb. Beləliklə, ölkə tarixində ilk dəfə olaraq lotereyanın cekpotu 950 milyon dollara çatıb.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, qiyməti 2 dollar olan lotereya bileti Birləşmiş Ştatların bütün ərazisində satılır. Mümkün uduş məbləği artdıqca, bilet üçün növbələr də buna mütənasib olaraq artır.
Hesablamalara görə, PowerBall lotereyasında uduşa düşən bütün altı nömrəni ardıcıllıqla düzgün tapmaq ehtimalı 292 milyonda birdir. Bu isə o deməkdir ki, orta amerikalının ABŞ prezidenti olmaq şansı PowerBall-ın cekpotunu udmaqdan 25 dəfə çoxdur.

Teqlər:  PowerBall lotereyasının cekpotu milyard dollara yaxınlaşıb



RƏYLƏR


Top xəbərlər