Məşhur lotoreyanın cek-potu milyard dollara çatıb

Məşhur lotoreyanın cek-potu milyard dollara çatıb
16:14 10 Yanvar 2016
72 Dünya
Ölkə mətbuatı
A- A+

Ötən şənbə günü ABŞ-ın PowerBall lotereyasının məbləği 900 milyon dolları ötən cekpotunu udmaq heç kəsə müyəssər olmayıb. Beləliklə, ölkə tarixində ilk dəfə olaraq lotereyanın cekpotu 950 milyon dollara çatıb.

Euronews xəbər verir ki, qiyməti 2 dollar olan lotereya bileti Birləşmiş Ştatların bütün ərazisində satılır. Mümkün uduş məbləği artdıqca, bilet üçün növbələr də buna mütənasib olaraq artır.

Hesablamalara görə, PowerBall lotereyasında uduşa düşən bütün altı nömrəni ardıcıllıqla düzgün tapmaq ehtimalı 292 milyonda birdir. Bu isə o deməkdir ki, orta amerikalının ABŞ prezidenti olmaq şansı PowerBall-ın cekpotunu udmaqdan 25 dəfə çoxdur.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228145

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR