Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Dövlət başçısı: "Neftdən asılılığın minimuma endirilməsi ilə bağlı tədbirlər görüləcək"

​Dövlət başçısı: "Neftdən asılılığın minimuma endirilməsi ilə bağlı tədbirlər görüləcək"

Date: 10 January 2016 16:17

Bakı. 10 yanvar. REPORT.AZ/ 2016-cı ildə qeyri-neft sektorunun inkişafı prioritet olacaq, neftdən asılılığın minimuma endirilməsi ilə bağlı tədbirlər görüləcək.
"Report" xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Azərbaycan prezidenti Dövlət Neft Fondunun vəsaitlərinin qorunması, Fonddan dövlət büdcəsinə transferlərin azaldılması, vergi bazasının genişləndirilməsi, gömrük rəsmiləşdirilməsi və ixrac-idxal əməliyyatlarının şəffaflığının təmin olunması, maliyyə nəzarətinin gücləndirilməsi ilə bağlı tapşırıqlarını verib. Prezident İlham Əliyev bu kimi məsələlərə ictimai nəzarət mexanizmlərinin işə salınmasının əhəmiyyətinə toxunub. Bundan əlavə, dövlət başçısı biznes mühitinin yaxşılaşdırılması, nağdsız ödəmələrin artırılması, fiskal təşviq mexanizmlərinin genişləndirilməsi, sahibkarlara güzəştli kreditlərin verilməsinin davam etdirilməsi, bank sektorunda islahatların aparılması, özəl bankların ölkə iqtisadiyyatının inkişafında daha fəal iştirak etməsi ilə bağlı fikirlərini çatdırdı.

Tags:  Dövlət başçısı Neftdən asılılığın minimuma endirilməsi bağlı tədbirlər görüləcək

RƏYLƏR


Top news