Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Mövlanə muzeyi ziyarətçi sayına görə rekord qırıb

Mövlanə muzeyi ziyarətçi sayına görə rekord qırıb

Date: 10 January 2016 16:38


Bakı, 10 yanvar, AZƏRTAC
Türk və İslam dünyasının ən böyük sufilərdən olan Mövlanə Cəlaləddin Ruminin
məqbərəsinin yerləşdiyi Mövlanə muzeyi 2015-ci ildə 2 milyon 581 mindən çox yerli və xarici turisti qəbul etməklə ziyarətçi rekorduna imza atıb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Konyada yerləşən bu muzey Türkiyə daxilində ən çox ziyarətçi qəbul edən müqəddəs məkanlardandır. Ziyarətçi sıxlığının hər il artdığı bu muzeyi 2014-ci ildə 2 milyon 109 mindən çox insan ziyarət etmişdir.
Konya Muzeylər Müdiri Yusif Mənbaşlı bildirib ki, baş nazir Əhməd Davudoğlunun təşəbbüsü ilə 2014-cü ilin dekabrın 7-dən etibarən muzeyə giriş pulsuz olub.
 

Tags:  Mövlanə muzeyi ziyarətçi sayına rekord qırıb


RƏYLƏR


Top news