"O futbolçular Azərbaycanın gerbini, bayrağını daşımağa layiq deyillər"

"O futbolçular Azərbaycanın gerbini, bayrağını daşımağa layiq deyillər"
16:52 10 Yanvar 2016
40 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisinin istedadlı futbolçulardan əziyyət çəkdiyi məlumdur. İş ondadır ki, millimiz yüksək səviyyəli futbolçularının yoxluğu ucbatından beynəlxalq arenada uğur qazana bilmir. 

Goal.az xəbər verir ki, hazırda Rusiya millisində Aleksandr Səmədov, Emin Mahmudov, Ramil Şeydayev, Ayaz Quliyev kimi azərbaycanlı futbolçular çıxış edir ki, onlar şimallıları yox, öz seçməmizi seçsəydilər, komandamız daha güclü olardı. Çünki Səmədov Rusiya millisinin gücünə güc qatır. Şeydayev isə Rusiya gənclər millisinin əsas qol silahına çevrilib. Ayazla Emin də kifayət qədər güclü futbolçular hesab edilir. Ancaq onlar doğma vətənlərinin yox, yaşadıqları Rusiya millisinin şərəfini qorumağı özləri üçün daha böyük şərəf hesab etdirlər. Onlar nə üçün millimizin şərəfini qorumağa yox, Rusiya yığmasında çıxış etməyə üstünlük verirlər? Bu sualı Azərbaycanın gənclərdən ibarət millisinin sabiq hücumçusu Şamil Lahiyalov cavablandırıb. Dağıstanlı futbolçu bu məqama maraqlı cavab verib: "Deməli, onlar Azərbaycan yığmasının formasını geyməyə, bu ölkənin gerbini, bayrağını daşımağa layiq deyillər. Futbolçu ürəyinin döyündüyü ölkənin yığması üçün çıxış etməlidir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/396716.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR