​Prezident: "Türkiyə-Rusiya və İran-Səudiyyə arasındakı münasibətlərin kəskinləşməsi ölkəmizi narahat edir"

​Prezident: "Türkiyə-Rusiya və İran-Səudiyyə arasındakı münasibətlərin kəskinləşməsi ölkəmizi narahat edir"
17:12 10 Yanvar 2016
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 yanvar. REPORT.AZ/ Türkiyə-Rusiya və İran-Səudiyyə arasındakı münasibətlərin kəskinləşməsi Azərbaycanı narahat edir.
"Report" xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Rusiya və Türkiyənin Azərbaycanla yaxın qonşu olduğunu və vəziyyətin arzuedilən olmadığını deyən dövlət başçısı son vaxtlar İran və Səudiyyə Ərəbistanı arasındakı münasibətlərin də ölkəmizi narahat etdiyini, bu vəziyyətin müsəlman aləmində baş verən hadisələrə təsir göstərdiyini diqqətə çatdırıb.
Prezident İlham Əliyev 2015-ci ildə dünyada və regionda iqtisadi, siyasi və hərbi böhranın daha da dərinləşdiyini, qanlı toqquşmaların davam etdiyini bildirib. Dövlət başçısı Yaxın Şərqdə gedən qanlı toqquşmalar nəticəsində yüz minlərlə insanın həlak olduğunu, milyonlarla insanın qaçqın və köçkün vəziyyətinə düşdüyünü diqqətə çatdırıb. Vaxtilə ölkəmizin də bu problemlə üzləşdiyini, lakin daxili resurslar hesabına vəziyyətdən çıxdığını, qaçqınların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı mühüm tədbirlərin görüldüyünü bildirib. Hazırda qaçqınların üz tutduğu Avropada radikal qüvvələrin, islamofobiya meyillərinin güclənməsinin müşahidə olunduğunu deyən Prezident İlham Əliyev dünyada yaşanan sivilizasiyalararası anlaşılmazlığın Azərbaycanı da narahat etdiyini, ölkəmizin bu təhlükəli meyillərin müsbət məcraya yönəldilməsi üçün səylərini artıracağını vurğulayıb.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/prezident-turkiye-rusiya-ve-i-ran-seudiyye-arasindaki-munasibetlerin-keskinlesmesi-olkemizi-naraha

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR