"Heç vaxt lüt şəkillər çəkdirmərəm" - FOTO

"Heç vaxt lüt şəkillər çəkdirmərəm" - FOTO
17:17 10 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Türkiyəli model və aktrisa Özge Ulusoy "All" dərgisi üçün fotokameralar qarşısına keçib. 

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, Özge modellik fəaliyyətindən bəhs edib:

"13 ildir modellik edirəm. Son dövrlərdə daha çox çalışmağa başlamışam. Doğru zamanda, doğru yerdəyəm. Hər gün səhər tez oyanıb, idmanla məşğul oluram. İşim olmadığı günlərdə özümə vaxt ayırıram. Baxım etdirirəm. Yaxşı görünmək mənim işimin bir hissəsidir. Dərimin gözəl olması üçün çox yatır, su içir və sağlam bəslənirəm".

Özge gecə həyatını sevmədiyini bildirib:

"Çox az dostum var. Balaca ailəmlə olmağı sevirəm. İnsanların küçədə görüb, sevdiklərini demələri belə məni xoşbəxt edir. 30 yaşımdan sonra həyatım çox fərqli olub. Özümə bəzi qadağalar da qoymuşam. Heç vaxt lüt fotolar çəkdirmərəm və saçlarımı tünd rəngə boyatdırmaram".

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/396721.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR