Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Qızıl top"un sahibi müəyyənləşir

"Qızıl top"un sahibi müəyyənləşir

Date: 10 January 2016 18:27

FIFA tərəfindən mövsümün ən yaxşı futbolçusuna verilən "Qızıl top" (FIFA Ballon d`Or) mükafatı sabah sahibini tapacaq. Fanat.az xəbər verir ki, İsveçrənin Sürix şəhərində keçiriləcək qala-gecə Bakı vaxtı ilə saat 21.30-da başlayacaq.


"Qızıl top"a hazırda 3 namizəd var. Onlar 23 nəfərlik siyahıdan seçilib. FIFA-nın verdiyi ən böyük fərdi mükafata Kriştiano Ronaldo, Lionel Messi və Neymar iddia edir.


Ronaldo indiyədək 3 (2008, 2013, 2014), Messi 4 (2009, 2010, 2011, 2012) dəfə bu mükafata layiq görülüb. Neymar isə ilk dəfə finala çıxıb.


Qalada həmçinin ilin rəmzi komandası, ən yaxşı qolu, ən yaxşı qadın futbolçusu, ən yaxşı kişi və qadın məşqçiləri elan ediləcək, "Fair Play" mükafatı sahibini tapacaq.


Namizədlər


"Qızıl top": Kriştiano Ronaldo (Portuqaliya, Real), Lionel Messi (Argentina, Barselona), Neymar (Braziliya, Barselona). 


Ən yaxşı qadın futbolçu: Çarli Lloyd (ABŞ millisi, Huyston), Aya Miyama (Yaponiya millisi, Okayama), Seliya Saşiç (Almaniya millisi, Frankfurt).


Ən yaxşı kişi məşqçi: Pep Qvardiola (İspaniya, Bavariya), Luis Enrike (İspaniya, Barselona), Xorxe Sampaoli (Argentina, Çili millisi.


Ən yaxşı qadın məşqçi: Jill Ellis (İngiltərə, ABŞ millisi), Mark Sampson (Uels, İngiltərə millisi), Norio Sasaki (Yaponiya, Yaponiya millisi).


Puşkaş mükafatı (Ən yaxşı qol): Alessandro Florenzi (Roma), Vendell Lira (Qoyanesia), Lionel Messi (Barselona).


İlin komandası


Qapıçılar: Canluici Buffon (Yuventus), İker Kasilyas (Portu), David De Gea (Mançester Yunayted), Keylor Navas (Real), Manuel Noyer (Bavariya). 


Müdafiəçilər: David Alaba (Bavariya), Jordi Alba (Barselona), Jerome Boatenq (Bavariya), Daniel Karvajal (Real), Giorgio Çiellini (Yuventus), Dani Alveş (Barselona), David Luiz (PSJ), Dieqo Qodin (Atletiko), Mats Hummels (Borussiya Dortmund), Branislav İvanoviç (Çelsi), Vinsent Kompani (Mançester Siti), Filip Lam (Bavariya), Marselo (Real), Xavyer Maskerano (Barselona), Pepe (Real), Cerard Pike (Barselona), Serçio Ramos (Real), Con Terri (Çelsi), Tyaqo Silva (PSJ), Rafael Varane (Real).


Yarımüdafiəçilər: Tyaqo Alkantara (Bavariya), Xabi Alonso (Bavariya), Serxio Buskets (Barselona), Eden Hazard (Çelsi), Andres İnyesta (Barselona), Toni Kroos (Real), Luka Modriç (Real), Andrea Pirlo (Nyu York Siti), Paul Poqba (Yuventus), İvan Rakitiç (Barselona), Ceyms Rodriges (Real), David Silva (Mançester Siti), Yaya Ture (Mançester Siti), Marko Verratti (PSJ), Arturo Vidal (Bavariya).


Hücumçular: Serxio Aquero (Mançester Siti), Qaret Beyl (Real), Kərim Benzema (Real), Duqlas Kosta (Bavariya), Kriştiano Ronaldo (Real), Zlatan İbrahimoviç (PSJ), Robert Levandovski (Bavariya), Lionel Messi (Barselona), Tomas Müller (Bavariya), Neymar (Barselona), Aryen Robben (Bavariya), Ueyn Runi (Mançester Yunayted), Aleksis Sançes (Arsenal), Luis Suares (Barselona), Karlos Tevez (Boka Xuniors).


Fanat.az


Tags:  Qızıl topun sahibi müəyyənləşir

RƏYLƏR


Top news