Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Qardaşcasına 1 fincan çay içək"

"Qardaşcasına 1 fincan çay içək"

Date: 10 January 2016 19:05

Fransada yüzlərlə məscid əhalini islam mədəniyyəti barədə məlumatlandırmaq məqsədi ilə kampaniya keçirir.

"Report"un "Amerikanın səsi"nə istinadən verdiyi xəbərə görə, Fransa müsəlmanları ekstremistlərin islam dini barədə yanlış fikirlər formalaşdırdığı bildirirlər.

Fransadakı 2500 məscidin hamısı "Qardaşcasına 1 fincan çay içək" kampaniyasında iştirak etməsə də Parisin Böyük Məscidi də daxil olmaqla ən böyük məscidlər öz qapılarını "ictimaiyyətə açıq" elan edib. Kampaniya Fransa Müsəlman İnancı Şurasının təşəbbüsü ilə keçirilir.

Şura rəhbəri Anar Kbibeç jurnalistlərə açıqlamasında bildirib ki, fərqli dinlərə mənsub insanlar müsəlmanlarla turlarda, seminarlarda və müzakirələrdə iştirak edə və beləliklə inanclarını daha yaxından tanıya bilərlər. 

Milli.Az


Tags:  Qardaşcasına fincan çay içək


RƏYLƏR


Top news