Müğənni Şeril Koul fransız əri Jan-Bernand Fernandesdən boşanıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, cütlük 19 aydır, ailəli idi. Şeril ikinci ərindən ayrılması haqda sosial şəbəkədə elan edib. O, buna səbəb kimi Jan-Bernandın ifaçını ətrafdakı bütün kişilərə qısqanmasını göstərib.
Qeyd edək ki, Şeril Koulla Jan-Bernard Fernandes 2014-cü ilin iyulunda ailə qurublar. Şeril daha əvvəl futbolçu Eşli Koulla ailəli olub.