Yarmolenkodan əl çəkmirlər

Yarmolenkodan əl çəkmirlər
19:17 10 Yanvar 2016
31 İdman
Ölkə mətbuatı
A- A+

"Everton" Andrey Yarmolenkonun transferindən əl götürmək fikrində deyil. Ötən yay ukraynalı hücumçu Liverpul klubna keçməkdən imtina etsə də, klub məhz qış transfer dönəmində onu ələ keçirməyə çalışır. "Everton" yayda Avropa çempionatına yollanacaq forvardın qiymətinin artacağından ehtiyat edir. Goal.az "Daily Mail"ə istinadən xəbər verir ki, Yarmolenko üçün 21 milyon funt təklif olunur.

Oktyabrda Yarmolenko "Dianmo Kiyev"lə müqaviləsini 5 il müddətinə uzatmışdı. O, bu qərarını transferindən Kiyev klubuna daha çox mənfəət gətirmək üçün etdiyini bildirmişdi. Qeyd edək ki, "Everton" Yarmolenkonu alsa, Stiven Neysmiti "Norwich City" klubuna 8milyon funta satmağa cəhd edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/396736.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR