Bakıdakı bu yol yalnız xəstəxanaya doğru aparır - FOTO

Bakıdakı bu yol yalnız xəstəxanaya doğru aparır - FOTO
19:37 10 Yanvar 2016
64 Digər
Ölkə mətbuatı
A- A+

Yerüstü, yeraltı, zolaqlı piyada keçidləri, səkilər... Bütün bunlar insanların həyatlarını qorumaq, onların təhlükəsiz şəraitdə hərəkəti üçün nəzərdə tutulub. Lakin elə yerlər də var ki, burada piyadaların hərəkət etdiyi yollar onların həyatları üçün təhlükə mənbəyinə çevrilib. Bu yazımızda sizə belə bir yer haqqında bəhs edəcəyik. 

Söhbət Abşeron rayonu, Sulutəpə dördyolu adlanan əraziyə yaxın olan Şəfiqə Əfəndizadə küçəsindən gedir. Buradakı piyadalar üçün ayrılmış yolu tamamlamaq deyəsən, yaddan çıxıb. Çünki, ayağının altına diqqət etməyənlər burada ayaqsız qala bilərlər. 

Belə ki, piyada yolu tən ortadan ikiyə bölünür. Yolun sonunda 2-3 metrlik çökəklik var. Bura ilə hərəkət edən piyadalar bunu görmədikləri üçün həmin çökəkliyə düşərək, ağır bədən xəsarətləri alırlar. Yerli sakinlər artıq buranı "Həkim yolu" adlandırırlar. Çünki son bir ay ərzində burada 7 nəfər yıxılaraq, həkimə getməli olub. Onların bəziləri hələ də xəstəxanada yatırlar. 

Milli.Az bildirir ki, musavat.com-a bu haqda məlumat verən İlhamə Allahverdiyeva da bir müddət öncə belə bir hadisəni yaşayıb: "Hava qaralmışdı. İşdən gəlirdim. Maşın vurmasın deyə, piyada yolu ilə hərəkət edirdim. Hər yer qaranlıq idi. Birdən elə bildim yer ayağımın altından çəkildi. Sən demə, yolun sonunda 2-3 metr dərinliyində qazılmış quyu varmış. Yıxıldım yerə... Səsimə ətrafdakı insanlar gəldilər. Təcili yardım çağırdılar. Bir neçə gün xəstəxanada yatdım. Əməliyyat olundum. Hazırda ayağım gipsdə qalıb". 

Məsələ ilə bağlı adıçəkilən ünvanda olduq. Öyrəndik ki, belə təhlükəli halın yaranmasına səbəb, ərazidə təmir-bərpa işləri gedən zaman işçilərin məsuliyyətsizliyidir. 

Keçən ildə yerli icra hakimiyyəti ərazini hasarlamağa başlayıb. Sakinlərin özlərinin tikdiyi hasarlar sökülüb, onların yerinə evlərin görünməyəcəyi hündürlükdə yeni hasarlar hörülüb. Bu zaman sakinlərin evlərinə gedən yolları da dəyişdirilib. Hər şey də bundan sonra başlanıb.

Ərazidə yaşayan insanların evlərinə gediş-gəlişi çətinləşib. Onlara standartlardan kənar yol ayrılıb ki, bu da hazırda sakinlərin tez-tez yıxılmasına səbəb olur. 

Sakinlərin sözlərinə görə, hasarlanma zamanı işçilər heç bir qaydaya uymayıblar: "Bizim evlər qanunidir. Hamımızın sənədi var. Hasarlarımız da normal şəkildə idi. Camaat üçün də heç bir problem yaratmırdı. Hamı rahat gedib-gəlirdi. Bir dəfə dedilər ki, hasarı söküb, yerini dəyişməliyik, etdik. Sonra həmin hasarı da sökdülər, yerinə kasıb evləri görünməsin deyə, hündür hasarlar tikdilər. Həmin tikinti zamanı normalda həyətimdə olan ağaclar, küçədə qaldı. Guya yolu genişləndirdilər. 

Mənə də elə yol qoydular ki, düz piyada yolunun soluna düşdü. Camaat gecə vaxtı bu yolla gedəndə düşürlər qapının yanına... Qolları, ayaqları əzilir. Xəstəxanalıq olurlar. Çünki piyadalar üçün salınan səki heç bir standarta uymur. Yol gəlir, qəfil sola dönür. Sağı da, solu da beton... Divarlarda yolun işıqlanması üçün elektrik var, lampa yoxdur. Ayağının altını görməyən adam təbii ki, yıxılacaq. Mən özüm iki nəfərin yıxılmasına şahid olmuşam.

Mən həyətimdə yer ola-ola, maşınımı küçədə saxlayıram ki, gecə vaxtı nə qədər qaranlıq da olsa, maşın bir az işıqlı görünür. Onu görən başa düşsün ki, burada çökəklik var, ehtiyatlı olsun. Bu təhlükəni həll etməyin sadə üsulu var. 4-5 metr yerdir. Dəmirdən tutacaq düzəltsinlər. Heç kim yıxılmasın. Bir də ki, işıqlandırma sistemi görüntü üçün olmasın, həqiqətən də işləsin. Bu qədər sadə..."

Digər bir rayon sakini deyir ki, hasarlanmadan sonra evinə gediş-gəlişi çətinləşib: "Özümün, sənədli-sübutlu evimə elə gedirəm ki, elə bil yerin altında yaşayıram. Xərc çəkib, səliqəli formada evimə pilləkən düzəltdirmişdim. Sökdülər, yerinə xaraba günündə bir pilləkən qoydular. Divarın içində başımı əyib, həyətimə girirəm".

Bu yoldan tez-tez istifadə edən Fərhad Səfərovun sözlərinə görə, yolu tanıyanlar artıq bu hala alışıblar: "Mən yaxınlıqda marketdə işləyirəm. İşdən əsasən axşam saatlarında çıxıram. Amma burada yıxılmamışam. Çünki yolu tanıyıram. Bilirəm ki, ağacları keçən kimi dayanmaq lazımdır. Düz getsəm, betona çırpılacağam. Ancaq ki, kim buradakı yolu bilmirsə, onun işi çətindir. Məsələn, keçən dəfə bir yaşlı qadın burada yıxıldı. Səsinə gəldik. Gördüm ki, ayağı qırılıb, qaşı aralanıb. Əlində meyvə dolu çanta var idi. Başını qorumağa belə macal tapmamışdı. Ağrıya dözmədi, huşunu itirdi. Təcili yardım çağırdıq, apardılar".

Kənardan xırda bir məsələ kimi görünə bilər. Amma adi bir iş səhlənkarlığı ucbatından vətəndaşlar əziyyət çəkirlər, bədən xəsarətləri alırlar. Bunun qarşısını almaq elə də çətin deyil. Sadəcə, məsuliyyətli şəxslər qısa zamanda bu yolu piyadalar üçün normal vəziyyətə gətirməlidirlər.

Milli.Az











RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Prezidentin xanımı aparıcılıq edəcək

30 Aprel 2017 09:25

Tramp Şimali Koreyaya hərbi müdaxilədən danışdı - "Baxarıq"

30 Aprel 2017 09:22

Vitali Kliçko nokauta düşdü

30 Aprel 2017 09:17

Polad Bülbüloğluna bu ölkədə xalq artisti adı verildi

30 Aprel 2017 09:16

Köhnə materiallardan elə maşın yığdı ki... - İNANILMAZDIR - FOTOLAR

30 Aprel 2017 09:13

Bu gün ali məktəblərə ilk qəbul imtahanı keçirilir

30 Aprel 2017 09:07

Bakı Marafonuna start verilir

30 Aprel 2017 09:05

Roma Papası ABŞ prezidenti ilə görüşə hazır olduğunu bildirib

30 Aprel 2017 08:58

Ötən il Gürcüstan əhalisinin sayı azalıb

30 Aprel 2017 08:47

Dünyaya səs salan "ŞOK TERAPİYASI" - 10000 məmurun "qələmi qırıldı"

30 Aprel 2017 08:38

Bu gün 56 yaşlı abituriyent də daxil olmaqla, 35 mindən çox şəxs imtahan verir

30 Aprel 2017 08:36

Bu gün Azərbaycanda ali məktəblərə ilk qəbul imtahanı keçirilir

30 Aprel 2017 08:18

Yens Stoltenberq: “NATO Türkiyəsiz zəifləyər”

30 Aprel 2017 08:18

Növbəti Bakı Marafonuna start veriir

30 Aprel 2017 08:01

Ukrayna prezidentinin xanımı idman telekanalında aparıcılıq edəcək

30 Aprel 2017 07:47

Tramp: "Səmərəsiz olan bütün sazişləri ləğv edəcəyəm"

30 Aprel 2017 07:44

Bakıda sex yanıb

30 Aprel 2017 07:36

Dünyanın ən uzun göydələni tikiləcək - FOTO

30 Aprel 2017 07:32

Bu ölkədə fövqəladə vəziyyət müddəti uzadıldı

30 Aprel 2017 07:28

Gədəbəy sakini bir qrup şəxs tərəfindən döyülüb

30 Aprel 2017 07:17

Çində ağır yol qəzası: 12 ölü, 10 yaralı

30 Aprel 2017 07:15

Şou-biznesin plastik əməliyyat etdirən məşhurları

30 Aprel 2017 06:57

Tramp iqlim razılaşmasını tənqid etdi

30 Aprel 2017 06:54

Tayvanda 6 bal gücündə zəlzələ olub

30 Aprel 2017 06:52

Zərdabda qoyun oğruları saxlanıldı

30 Aprel 2017 06:33

Ağ interyerli mənzil - FOTO

30 Aprel 2017 06:32

Tramp: ABŞ NATO ölkələrini müdafiə üçün üzərlərinə düşən payı ödəməyə məcbur edəcək

30 Aprel 2017 06:22

10 000 məmur saxta diploma görə işdən qovuldu

30 Aprel 2017 06:09

400 minlik toyu ilə gündəmə gələn məmur qızının elə FOTOLARI YAYILDI Kİ...

30 Aprel 2017 05:33

Sidneydə taunhaus - FOTO

30 Aprel 2017 05:32

Tramp hakimiyyətdə olduğu ilk 100 günü məhsuldar adlandırıb

30 Aprel 2017 05:22

Hipnoz haqqında qeyri-adi faktlar

30 Aprel 2017 05:13

Stoltenberq: “NATO Türkiyəsiz zəif olacaq"

30 Aprel 2017 05:09

Roma Papası ABŞ prezidenti ilə görüşə hazır olduğunu bildirib

30 Aprel 2017 05:07

Cordan kamera qarşısında - FOTO

30 Aprel 2017 04:32

Tramp Şimali Koreyaya hərbi müdaxilədən danışıb

30 Aprel 2017 04:27

Malidə fövqəladə vəziyyət 6 ay müddətinə uzadılıb

30 Aprel 2017 04:22

Kliçko nokauta düşdü

30 Aprel 2017 04:13

Tibbi yardım təyyarəsi yerə çırpıldı, ölənlər var

30 Aprel 2017 04:09

Türkiyədə "Wikipedia"ya giriş bağlandı

30 Aprel 2017 04:08

Dünyanın ən bahalı limuzinləri

30 Aprel 2017 03:40

Mosulda ABŞ hərbçisi həlak olub

30 Aprel 2017 03:36

Vitali Kliçko Entoni Coşuaya nokautla məğlub olub

30 Aprel 2017 03:32

Mənzildə qara çiçək və ağac - FOTO

30 Aprel 2017 03:32

Coşua Kliçkonu nokaut etdi

30 Aprel 2017 03:24

İranın "GEM" telekanalının prezidenti Türkiyədə qətlə yetirilib

30 Aprel 2017 03:22

Mosulda polislərə hücum edən terrorçular məhv edilıb

30 Aprel 2017 02:49

Çində mağara evi - FOTO

30 Aprel 2017 02:37

Mosulda 14 polis əməkdaşı partlayışın qurbanı olub

30 Aprel 2017 02:29

Fransadakı beynəlxalq konfransda Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalına toxunulub

30 Aprel 2017 02:22