Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İran və Səudiyyə səfirləri ANS-də üz-üzə gələcək (VİDEO)

İran və Səudiyyə səfirləri ANS-də üz-üzə gələcək (VİDEO)

Date: 10 January 2016 20:01

İran və Səudiyyə Ərəbistanın Azərbaycandakı səfirləri Tehranda krallığın səfirliyinə hücuma münasibət bildiriblər.

ANS TV-nin məlumatına görə, hər iki diplomat ölkəsinin mövqeyini “Hesabat”a açıqlayıblar.

“Krallığın səfirlik və konsulluğuna edilən hücümlar beynəlxalq norma və qanunların kobud surətdə pozulmasıdır. Diplomatik nüməyəndəliklərin, xarici konsulluqların və onların əməkdaşların olduğu ölkədə toxunulmazlıq, sağlamlıq və təhlükəsizlik təmin edilməsini tələb edən beynəlxalq konvesiya və sazişlərin ən sadə qanunlarına belə, bu, uyğun gəlmir”,- deyə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Müsaid bin İbrahim əs-Süleym bildirib.

“Səudiyyə Ərəbistanının səfirliyinə hucum İran dövləti və hökumətinin istəyi deyil. Bəzi insanlar bu vəziyyətdən əsəbləşib və emosiyalarını kontrol edə bilməyiblər və belə bir hadisə baş verib. Polis və təhlükəsizlik qüvvələri bu vəziyyətin qarşısını tez bir zamanda alıblar. Biz bütün ölkələrin səfirliklərinin təhlükəsizliyini təmin edirik. Səudiyyə Ərəbistanı bu hadisəni bəhanə edib İranla əlaqələrini dəyandırdı və eyni addımı atmağı bəzi ölkələrə tövsiyyə etdi. Nəticədə iki ölkə oxşar addımı atdı”, - deyə İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pak Ayin qeyd edib.

Hər iki səfirlə geniş müsahibəyə bu axşam saat 21:00-da Mir Şahinin təqdimatında efirə gedəcək “Hesabat” verilişində baxa bilərsiz.


Tags:  İran Səudiyyə səfirləri ANS-də üz-üzə gələcək VİDEO



RƏYLƏR


Top news