Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İki qadın zəhərlənib

İki qadın zəhərlənib

Date: 10 January 2016 20:22

Tovuzda zəhərlənmə olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, rayonun Abulbəyli kənd sakini, 1989-cu il təvəllüdlü Günel Kərimova dəm qazından zəhərlənmə əlamətləri ilə Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardı göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
 
Məlumata görə, G. Kərimova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

Şirvanda qonaq olan 48 yaşlı qadın dəm qazından zəhərlənib.

Atasının qırx mərasimində iştirak edən, Cəlilabad sakini, 1968-ci il təvəllüdlü Aslanova Mehparə Mahmud qızı dəm qazından zəhərlənib. M. Aslanova zəhərlənmə diaqnozu ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirir.

Milli.Az


Tags:  İki qadın zəhərlənib

RƏYLƏR


Top news