Bakı. Hüseyn Vəliyev - Trend:
HP şirkəti Azərbaycanda təhsil mərkəzi yaradır. Bunu Trend-ə "HP Azerbaijan" nümayəndəliyinin rəhbəri İnarə Quliyeva deyib.
İ.Quliyevanın sözlərinə görə, mərkəz geniş profilli İT-mütəxəssislər hazırlayacaq: "Onun yaradılmasında məqsəd mütəxəssislərimizin, sifarişçilərimizin və tərəfdaşlarımızın xaricə getmədən ölkədə təhsil almaq imkanı qazanmasıdır".
Mərkəzin açılma müddəti hələ müəyyən edilməyib.
Bizi Twitter-dən izləyin: @trend_az