Azərbaycan-Rusiya sərhəddində izdiham - Foto

Azərbaycan-Rusiya sərhəddində izdiham - Foto
22:52 10 Yanvar 2016
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün saat 12 radələrindən etibarən Samur gömrük postundan Rusiya Federasiyasına gedənlərin böyük izdihamı müşahidə olunub. 

Milli.az bildirir ki, Samur gömrük postunu keçərək Rusiyaya getmək istəyən vətandaşlardan biri Fərid Mütəllimovun anspress-ə verdiyi məlumata görə, hal-hazırda Samur gömrük postundan insanlar bir-bir yoxlanıldıqdan sonra buraxılır. Maşınlar isə tam sərbəst şəkildə problemsiz buraxılır. Buna görə də gömrükdə sıxlıq yaranıb.

Samur gömrük postunun rəis müavini Cavid Nadirovun verdiyi məlumata görə, keçid buraxılış məntəqəsində yaranan sıxlıqa səbəb Gürcüstan sərhəddindəki postda baş vermiş qar uçqunudur.

Samur gömrük postunda insan sıxlığı

Buna görə, o istiqamətdə olan bütün nəqliyyat vasitələri və vətəndaşlar Samur postuna üz tutublar. Bu səbəbdən Samur gömrük postunda insan sıxlığı müşahidə olunur. Samur gömrük postunun rəis müavini Cavid Nadirovun sözlərinə görə, yaxın saatlarda bütün sıxlıq tamamı ilə aradan qaldırılacaq.

Qeyd edək ki, səhər saatlarında daha çox izdihamın yaşandığı sərhəd-buraxılış məntəqəsində axşam saatlarında da davam etydiyi bildirilib.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/396745.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR