Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Tanınmış aktrisanın toyundan fotolar

Tanınmış aktrisanın toyundan  fotolar

Tarix: 10 Yanvar 2016 20:56

Gizlicə nikah masasına oturması ilə səs-küy yaradan aktrisa Qonca Vuslateri həyat yoldaşı ilə birlikdə getdiyi bal ayından qayıdıb.

Axşam.az-ın məlumatına görə, cütlük az insanın qatıldığı bir qonaqlıq təşkil edərək üzüklərini taxıblar. Toy Qoncanın heyranı olduğu musiqiçi Atilla Özdemiroğlunun evində baş tutub. Atilla cütlük üçün bəstələdiyi musiqini də ifa edib.

Cütlüyün toy fotolarını dostları sosial şəbəkədə paylaşıb.

Vuslateri "Toya üzüksüz gəldik. Üzüklərimizi Atilla taxdı və bizim üçün ən gözəl bəstəsini səsləndirdi. Sevdiklərimin əhatəsində, xoş xeyir-duaları ilə ailə qurduq. Ailəmiz olan dostlarımızla birlikdə idik. Gəlinlik geyindim" şərhini yazıb.






Teqlər:  Tanınmış aktrisanın toyundan fotolar



RƏYLƏR


Top xəbərlər