Aktual mövzular: Dollar alış-satışı , 20 Yanvar, Məzənnə, Hava haqqında, Neftin qiyməti

Hacıqabulda avtomobilin vurduğu piyada dünyasını dəyişib

Hacıqabulda avtomobilin vurduğu piyada dünyasını dəyişib

Date: 10 January 2016 21:02

Bakı. 10 yanvar. REPORT. AZ / Hacıqabul rayonundaölümlə nəticələnən yol qəzası baş verib.
"Report" xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Nəvahi kəndi ərazisində qeydə alınıb. Belə ki, avtomobil yoldan keçən piyadanı vurub. Nəticədə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan yaralı hadisə yerindəcə dünyasını dəyişib.
Meyit daxili və xarici müayinə olunmaq üçün təcili yardım maşını ilə Şirvan şəhər məhkəmə tibbi ekspertizasına aparılıb.
Faktla bağlı araşdırma aparılır. 

Tags:  Hacıqabulda avtomobilin vurduğu piyada dünyasını dəyişib

RƏYLƏR


Top news