Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ötən il Beyləqan və İmişli rayonları ərazisində 102 hektar sahədə yeni meşələr salınıb

Ötən il Beyləqan və İmişli rayonları ərazisində 102 hektar sahədə yeni meşələr salınıb

Date: 10 January 2016 21:03


Beyləqan, 10 yanvar, AZƏRTAC
2015-ci ildə Beyləqan və İmişli rayonlarının dövlət meşə fonduna aid ərazilərində 102 hektar sahədə yeni meşəliklər salınıb.
Beyləqan Meşə Mühafizəsi və Bərpası Müəssisəsindən AZƏRTAC-a bildiriblər ki, yeni meşələrdə əsasən göyrüş, iydə, ayı alması və qarağac cinslərindən ibarət ağaclar əkilib. Bundan başqa 1000 hektar meşələrə mexaniki xidmət göstərilib, 4000 hektarda suvarma işləri aparılıb.
Kökləndirmək üçün 0,5 hektar sahədə 25 min ədəd qələm basdırılıb, 2 hektarda (80 min ədəd) sərv, şam, tuya, qarağac, göyrüş ağaclarından ibarət böyütmə sahəsi yaradılıb. 3 hektar sahədə akasiya, göyrüş, iydə, qarağac ağaclarından ibarət tinglik səpilib, 1815 kiloqram toxum tədarük edilib.
Meşə əkinləri 2016-cı ildə də davam etdiriləcək.

Tags:  Ötən il Beyləqan İmişli rayonları ərazisində 102 hektar sahədə yeni meşələr salınıb


RƏYLƏR


Top news