PKK terrorçuları ilə toqquşmada 2 nəfər şəhid olub, 3 nəfər yaralanıb

PKK terrorçuları ilə toqquşmada 2 nəfər şəhid olub, 3 nəfər yaralanıb
21:22 10 Yanvar 2016
18 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 10 yanvar. REPORT. AZ / Türkiyənin Diyarbəkir vilayətinin Sur rayonunda PKK terrorçularına qarşı aparılan əməliyyatda bir hərbçi və bir polis məmuru şəhid olub, 3 əsgər yaralanıb.
"Report" Anadolu agentliyinə istinadla xəbər verir ki, terrorçularla toqquşmada ağır yaralanan 4 türk əsgəri və bir polis məmuru Diyarbəkir Əsgər Hospitalına aparılıb. Həkimlərin səylərinə baxmayaraq əsgərlərdən birini və polis məmurunu xilas etmək mümkün olmayıb. Yaralı 3 əsgərin müalicəsi isə davam etdirilir.
Qeyd edək ki, 2015-ci il oktyabrın 1-dən Sur rayonunda fövqəladə vəziyyət elan olunub. Ötən dövrdə bölgədə aparılan antiterror əməliyyatlarında PKK-ya məxsus külli miqdarda silah və sursat ələ keçirilib, çox sayda terrorçu zərərsizləşdirilib.

Xəbərin orijinal ünvanı: http://report.az/region/pkk-terrorculari-ile-toqqusmada-2-nefer-sehid-olub-3-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR