Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Avtomobilin vurduğu 22 yaşlı gənc dünyasını dəyişib

Avtomobilin vurduğu 22 yaşlı gənc dünyasını dəyişib

Date: 10 January 2016 21:27

Hacıqabul rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Milli.Az "report"-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Nəvahi kəndi ərazisində qeydə alınıb. 
Belə ki, həmin kəndin sakini, 22 yaşlı Rauf Rövşən oğlu Rəhimovu yolu keçmək istərkən "Mercedes" markalı avtomobil vurub. 
Nəticədə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan yaralı hadisə yerindəcə dünyasını dəyişib.
Meyit daxili və xarici müayinə olunmaq üçün təcili yardım maşını ilə Şirvan şəhər məhkəmə tibbi ekspertizasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Tags:  Avtomobilin vurduğu 22 yaşlı gənc dünyasını dəyişib

RƏYLƏR


Top news