Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ermənistanda altı nəfər "donuz qripi"ndən ölüb

Ermənistanda altı nəfər "donuz qripi"ndən ölüb

Date: 10 January 2016 21:42

Ermənistanda "H1N1" ("Donuz qripi") viriusu ilə bağlı altıncı ölüm faktı qeydə alınıb.

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə nazirliyi açıqlayıb.
Səhiyyə nazirliyinin rəsmi nümayəndəsi Anait Aytayan keçirdiyi mətbuat konfransında bildirib ki, "Donuz qripi" viriusundan ölən son şəxs Gürcüstan vətəndaşı olan ermənidir.
Onun sözlərinə görə, virusa yoluxanlar həkimə çox gec müraciət ediblər.
Anait Aytayan onu da qeyd edib ki, hazırda xəstəxanalarda müxtəlif viruslara yoluxmuş 662 nəfər yerləşidirlib. Onlardan 219-una pnevmaniya diaqnozu qoyulub. Vəziyyəti ağır olan 83 nəfər reanimasiya şöbələrindədir.

Milli.Az


Tags:  Ermənistanda altı nəfər donuz qripindən ölüb


RƏYLƏR


Top news