Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Xəzər Lənkəran"da daha bir yeni futbolçu

"Xəzər Lənkəran"da daha bir yeni futbolçu

Date: 10 January 2016 21:42

“Xəzər Lənkəran”ın təlim-məşq toplanışını davam etdirir. Fanat.az xəbər verir ki, yeni futbolçulardan Akif Tağıyev, Orxan Səfiyaroğlu və lənkəranlı Əhməd Səmədov bu gün baş tutan məşqdə iştirak edib. 

Məşqin sonunda daha bir futbolçu komandaya qoşulub. Qaçışla kifayətlənən bu futbolçu “Rəvan"la yollarını ayıran Kamil Nurəhmədovdu. Məlumata görə, Hacı Əhmədov yanvarın 12-də komandanın düşərgəsində olacaq.

Qeyd edək ki, Əhməd Səmədov Lənkəran futbolunun yetirməsidi. Hələ Ağasəlim Mircavadovun vaxtında əvəzedici heyətdən dəvət olunaraq kubok oyunlarında komandanın əsas heyətində bir neçə oyuna çıxmışdı. Sonradan I divizionda “Anşad Petrol”un (indiki "Neftçala") heyətində də top qovan Əhməd o vaxtlar “Olimpik” adlanan, hazırda isə AZAL adı ilə tandığımız klubun üzvü də olmuşdu. Güneyt Biçərin baş məşqçiyi dövründə isə yenidən “Xəzər Lənkəran”da baxışdan keçmişdi.

Fanat.az

Tags:  Xəzər Lənkəranda yeni futbolçu

RƏYLƏR


Top news