Avtomobil bazarında kəskin ucuzlaşma

Avtomobil bazarında kəskin ucuzlaşma
22:41 10 Yanvar 2016
119 Ölkə
Ölkə mətbuatı
A- A+

Maşın bazarına üz tutanların sayı kəskin azalıb.

Milli.az ANS TV-yə istinadən bildirir ki, Bakının avtomobil bazarında özünü "ikinci əl" maşınların qiyməti azalıb. Maşınların qiymətləri son günlərdə ciddi surətdə düşüb. Bazardakı satıcıların sözlərinə görə, hazırda avtomobil bazarında durğunluq hiss olunur. Qiymətlər düşsə də, insanlar avtomobil almağa tələsmirlər.

"İnsanlarda maşın almağa maraq qalmayıb. Təzə maşınların qiyməti qalxıb, işlənmiş maşınları qiyməti isə aşağı düşüb. Buna baxmayaraq alıçı qabiliyyəti yoxdur. Bir iki alıçı gəlir ki, məhz onlarda qiyməti aşağı olan "ikinci əl" avtomobillərlə maraqlanırlar", - deyə satıcı Müşviq Abdullayev bildirib. 

Misal üçün, Azərbaycanda daha populyar olan Almaniya və Yaponiya istehsalı "ikinci əl" avtomobillər 3 min ABŞ dolları civarında ucuzlaşıb.

Ehtiyat hissələrinin ucuz olması və yanacağı qənaətlə işlətməsi səbəbindən alıcıların Koreya maşınlarına marağı artıb.

Bazarda apardığımız müşahidələr zamanı bir maraqlı məqama da rast gəldik. Əgər əvvəl avtomobillərin kreditlə satışına maraq yox idisə və banklar buna getmirdisə, indi kreditlə satış təklifləri çoxalıb.

Bazardakı durğunluğu bu yolla aradan qaldırmağa çalışan satıcılar 25-30%-lik ilkin ödənişlə kreditləşmə təklif edirlər.

Proqnozlara görə, işlənmiş avtomobillərin qiymətləri düşməkdə davam edəcək. Çünki öz maşınını satmaq istəyən çoxdur, alıcılar isə azalıb.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/396759.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR