Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Maşın piyadanı vuraraq öldürüb - Hacıqabulda

Maşın piyadanı vuraraq öldürüb - Hacıqabulda

Date: 10 January 2016 23:16

Hacıqabul rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qəza saat 20.00 radələrində Bakı-Qazax magistralının 94-cü kilometrliyində, Hacıqabul rayonu Navahi kəndi ərazisində qeydə alınıb.

Bakı sakini İlham Hüseynovun idarə etdiyi “Mercedes” markalı 99 FR 252 dövlət nömrə nişanlı avtomobillə yolu keçən Hacıqabul rayonu Nəvahi kənd sakini, 1993-cü il təvəllüdlü Rəhimov Rauf Rövşən oğlunu vurub. Piyada aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.


Tags:  yol neqliyyat hadisesi hadise yerinde olub avtomobil piyada

RƏYLƏR


Top news