Madonna keçmiş ərinə milyonlar qazandırdı

Madonna keçmiş ərinə milyonlar qazandırdı
22:42 10 Yanvar 2016
69 Şou
Ölkə mətbuatı
A- A+

Pop diva Madonna keçmiş həyat yoldaşı Şon Penə milyonlar yığmaqda kömək edib.

ANS PRESS-in verdiyi məlumata görə, Şon Pen tərəfindən keçirilən xeyriyyə gecəsindən cütlük milyonlar əldə edib. Hər il keçirilən xeyriyyə aksiyasına Şon Pen bu dəfə keçmiş xanımı Madonna ilə qatılıb. Xeyriyyə gecəsində müğənninin övladlığa götürdüyü David BandaMersi Ceyms də olub.


Madonna - müğənni


Şon Penlə Madonna 1985-ci ildən - 1989-cu ilədək evli olublar. Elə o gündən bu günə kimi onların münasibətləri müxtəlif mərhələlərdə olub. Lakin bu il Penlə Madonnanın qırmızı xalça üzərində birgə görüntülənməsi dedi-qodulara səbəb oldu. Birgə görünən cütlüyün hətta barışdığı iddia olunurdu.



Madonna və keçmiş həyat yoldaşı

Şon Pen artıq beşinci ildir ki, xeyriyyə tədbiri keçirir. Bu cür xeyriyyə gecələrindən toplanan vəsaitlər 2010-cu ildə dağıdıcı zəlzələyə məruz qalan haitililərə, onların yaşayışına xərclənir. Artıq Şon Penə bu işdə Beverli Hillsdən olan həmkarları da kömək edir. Bu cür tədbirlərin keçirilməsi zamanla Hollivud ulduzları və milyonerlərinin ictimai həyatının bir hissəsinə çevrilib.

Məşhur amerikalı aktyor Şon Pen iki gün əvvəl həbs edilən dünyanın bir nömrəli narkobaronu Xoakin Qusmanla görüşdüyü üçün bu gün istintaqa cəlb edilib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=369347

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR