"Süni qiymət artımına yol verənlər ciddi şəkildə cəzalandırılmalıdırlar"

"Süni qiymət artımına yol verənlər ciddi şəkildə cəzalandırılmalıdırlar"
23:35 10 Yanvar 2016
70 Ölkə
Ölkə mətbuatı
A- A+

"İşbazlar Azərbaycanda manatın məzənnəsinin dəyişməsi ilə bağlı yaranmış vəziyyətdən sui istifadə edib varlanmağa cəhd edirlər. Həmin adamlar ilk növbədə öz vicdanların tərəziyə qoymalıdırlar".

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Fəzail Ağamalı Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkədə manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar süni qiymət artımı ilə bağlı fikirlərini və bunun qarşısını almaq üçün verdiyi tapşırıqları şərh edərkən deyib.

F.Ağamalı bildirib ki, çox yaxşı ki, ölkə prezidenti zamanında lazımi tapşırıqları verdi: "Ölkə prezidentinə bir daha minnətdar olmalıyıq ki, o, yaranmış olan situasiyaya dərhal öz sərt reaksiyasını verir və bir daha Azərbaycan xalqının maraqlarının hər şeydən üstün olduğunu hər zaman olduğu kimi önə çəkdi və beləliklə çox sərt mövqeyini ortaya qoydu. Mən ümudvaram ki, ölkə prezidentinin bu çıxışından, bu tapşırıqlarından sonra artıq ölkədə bu cür yaramazlara, işbazlara qarşı ciddi tədbirlər görüləcək".

F.Ağamalı əlavə edib ki, bu gün Azərbaycan xalqının cibinə girərək, oğurluq edərək, insanları daha çətin vəziyyətə salıb varlanmağa çalışanlar Azərbaycan qanunları çərçivəsində çox ciddi şəkildə cəzalandırılmalıdırlar:

"Bu təkcə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cəzalarla məhdudlaşmalı deyil, bu cür adamlar Azərbaycan Cinayət Məcəlləsinin bütün maddələri ilə qanun qarşısında cavab verməlidirlər. Əgər bunun qarşısı alınmasa bu cür insanlar Azərbaycanda sosial gərginliyi artırmağa xidmət edərək birbaşa anti-Azərbaycan qüvvələrinin yanında olmuş olacaqlar. Bunun ayrı adı yoxdur. Çünki mağazalarda, marketlərdə, ticarət mərkəzlərində satış ilə məşğul olan Azərbaycan vətəndaşlarının 80 faizi bu gün Azərbaycanda yaranmış vəziyyətdən istifadə edib süni qiymət artımı ilə məşğuldurlar. Bunun üçün çox ciddi tədbirlər görülməlidir və bununla bağlı hüquq-mühafizə orqanları qarşısında son dərəcə mühüm vəzifələr durur və süni qiymət artımının qarşısı təcili qaydada alınmalıdır".


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/396771.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR