Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Traktorsazi" ilə "Qarabağ" yox, "Zirə" qarşılaşacaq

"Traktorsazi" ilə "Qarabağ" yox, "Zirə" qarşılaşacaq

Date: 10 January 2016 23:32

Bakı. 10 yanvar. REPORT.AZ/ Bakının "Zirə” klubunun Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı zamanı qarşılaşacağı daha bir rəqibin adı məlum olub. "Report"un klubun rəsmi saytına istinadən məlumatına görə. bu, İranın "Traktorsazi” komandası olacaq.
Yanvarın 16-da keçiriləcək oyun saat 17-00-da başlayacaq. Yanvarın 22-də isə "Qartallar” Rumıniyanın "Tırqu-Mureş” klubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, daha öncə "Traktorsazi" ilə "Qarabağ"ın üz-üzə gələcəyi açıqlanmışdı. Oyun da elə yanvarın 16-na nəzərdə tutulmuşdu. Lakin sonradan Ağdam klubunun rəqibi dəyişib və Almaniyanın regional liqa təmsilçisi "Rot Vayss Essen" olub.

Tags:  Traktorsazi Qarabağ yox Zirə qarşılaşacaq


RƏYLƏR


Top news