Səudiyyə məsələni sünni-şiə probleminə çevirməyə çalışır (VİDEO)

Səudiyyə məsələni sünni-şiə probleminə çevirməyə çalışır (VİDEO)
00:06 11 Yanvar 2016
36 Digər
Ölkə mətbuatı
A- A+

İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin ANS TV-nin "Hesabat" verilişində Səudiyyə Ərəbistanı ilə İran arasında son zamanlar baş verən hadisələrin kökündə nə durması ilə bağlı suallara cavab verir:

- İran İslam Respublikasının əsas siyasəti qonşu ölkələrlə dostluq və müsəlman ölkələri ilə əmakdaşlıqdır. Məhz bu səbəbdən biz həmişəki kimi Səudiyyə Ərəbistanı ilə dostluq əlaqələrinin inkişafında maraqlı idik. Amma təəsüf ki, biz keçən illərdə Səudiyyə Ərəbistanının düşmənçilik və pis rəftarının şahidi olduq. Bunun da nəhayətində Mina faciəsini gördük ki, 500 soydaşımız səbəbsiz həlak oldu, bundan da əlavə hacılarımızla pis rəftar etdilər. Səudiyyə Ərəbistanı İranın “altılıq” ölkələri ilə razılaşmasının baş tutmasına və onun həyata keçirilməsinə mane olurdu. Bəzi hallarda az qala düşmənçilik edilirdi.

Misal üçün onlar İran iqtisadiyyatına təsir göstərmək üçün neftin qiymətini aşağı salmağa çalışırlar. Ən pisi isə onların terror qruplarını təchiz edib onlara kömək göstərmələridir. “İŞİD” və ya “Əl-Qaidə” Yəməndə Səudiyyə Ərəbistanının yerinə döyüşür, Səudiyyə Ərəbistanı isə havadan hücum edir. İraqda və Suriyada fəaliyyət göstərən “İŞİD” qruplaşması Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənir. “İŞİD” Səudiyyənin hidayəti ilə İrana da problem yaratmağa çalışıb. Şükür Allaha ki, indiyə qədər buna nail ola bilməyiblər.

Biz Səudiyyə Ərəbistanında şiələrə təzyiqi görürük. Fikrimcə, bu yalnız Səudiyyə Ərəbistanın daxili problemi deyil. Biz ölkələrin daxili işlərinə qarışmaq istəmirik. Amma bu məsələ Səudiyyə Ərəbistanının daxili işi deyil. Bu insan hüquqlarının pozulmasıdır. Səudiyyə Ərəbistanında şiələr çox çətin və pis vəziyyətdə yaşayırlar, heç bir haqları yoxdur, ifadə azadlıqları yoxdur. Bunu deyən şiə alimi edam edilir. O heç kimə zərər vurmamışdı. Bu məsələdən sonra gördüz ki, necə onu edam etdilər, nə vəziyyətdə onun başını bədənindən ayırdılar - eynilə “İŞİD”in üsulu ilə.

- Bəziləri artıq zarafatla deyirlər ki, İran xarici ölkə səfirliklərinə hücum üzrə rekord vuran ölkədir. Bir növ adətkərdə olublar. Bəs bu nədən qaynaqlanır?

- Səudiyyə Ərəbistanının səfirliyinə hucum İran dövləti və hökumətinin istəyi deyil. Bəzi insanlar bu vəziyyətdən əsəbləşib və emosiyalarını kontrol edə bilməyiblər, belə bir hadisə baş verib. Polis və təhlükəsizlik qüvvələri bu vəziyyətin qarşısını tez bir zamanda alıblar. Biz bütün ölkələrin səfirliklərinin təhlükəsizliyini təmin edirik. Səudiyyə Ərəbistanı bu hadisəni bəhanə edib İranla əlaqələrini dəyandırdı və eyni addımı atmağı bəzi ölkələrə tövsiyyə etdi. Nəticədə, iki ölkə oxşar addımı atdı.

Mən bir məsələyə toxunmaq istəyirəm. Səudiyyə Ərəbistanı baş verənləri iki dövlət arasında məsələdən sünni-şiə probleminə çevirməyə çalışır. Bu böyük bir səhvdir. İran müsəlmanlar arasında birliyin tərəfdarıdır və islam dünyasının birliyi ideyasının müdafiəçisi kimi tanınır.

Biz sünni olan fələstinlilərin müdafiəçisiyik, sünni qardaşlarımızla da dost olaraq qalacağıq. Bunlar göstərir ki, bu məsələ şiə-sünni problemi deyil və bütün dünya şiələri və sünniləri terrorizmlə mübarizədə həmrəydirlər. Amma təəsüf ki, “İŞİD” və "Əl-Qaidə” terror qrupları yalnız vəhhabilikdən qaynaqlanır. Vəhhabiliyin kökü isə Səudiyyə Ərəbistanındadır.

- Baş verən böhrana müxtəlif ölkələrin reaksiyası - Vaşinqton, Moskva və Ankaradan gələn bəyanatlar Tehranı razı saldımı?.

- Mən belə düşünürəm ki, dünyanın bütün ölkələrində terrorizmi tanıyırlar, terror qruplarının hansı ölkədə yarandığını, onları kimin himayə etdiyini bilirlər. Siz əgər dünyanın müxtəlif qazetlərinə, Avropa ya ABŞ-ın mətbuatına baxsaz, görəcəksiz ki, onların hamısı Səudiyyə Ərəbistanını terrorizmin müdafiəçisi olmaqda və terrorizmin sponsorluğunda ittiham edirlər. Məhz bu səbəbdən də səudilər dünyanın baxışını dəyişdirmək üçün və dünyada olan tənqidlərin qarşısını almaq üçün bu proqramı yaradıblar.

Həqiqət budur ki, dünya ölkələri terrorizmə müxalifdilər və bunların çoxu Səudiyyə Ərəbistanı ittiham edirlər. Qərb ölkələri də edamlarla razı deyillər və Şeyx Nəmrin edamına etiraz edirlər.

Düşünürım ki, edam qərarını verməklə Səudiyyə Ərəbistanı özünü təcridə saldı. Səudiyyə Ərəbistanının himayə etdiyi kiçik Afrika ölkələri İranla əlaqələrini kəsmələrinin ziyanını görüb gələcəkdə peşman olacaqlar.

- Böhranın aradan qaldırılması üçün hansı addımlar atılmalıdır və İran hansı addımları ata bilər?

- Mən belə düşünürəm ki, bu məsələnin həlli üçün zaman lazımdır. İlk növbədə Səudiyyə Ərəbistanı öz rəftarını dəyişməlidir. Biz heç bir ölkə ilə münaqişənin olmasını istəmirik, biz dostluqda maraqlıyıq, amma bizlə düşmənçilik edənlərə təbii ki, cavab verəciyik. Belə düşünürəm ki, səudilər müsbət addım atsalar bizdən də müsbət qərarlar görəcəklər.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369361

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR