UNESCO-nun baş direktoru İrina Bokova BMT-nin baş katibi olmaq niyyətindədir

UNESCO-nun baş direktoru İrina Bokova BMT-nin baş katibi olmaq niyyətindədir
00:22 11 Yanvar 2016
29 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 yanvar. REPORT.AZ/ UNESCO-nun hazırki baş direktoru İrina Bokova bəyan edib ki, BMT-nin baş katibi postu uğrunda mübarizəyə qoşulacaq.
"Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, bolqarıstanlı siyasətçi bəyan edib ki, seçkilərdə qalib olmağa qadirdir.
"Mən, ilk növbədə Bolqarıstanın namizədi olmaq istəyirəm. Hesab edirəm ki, bütün maraqlı tərəflər də bu qərarını dəstəkləyəcək. İlk növdəbə BMT Təhlükəsizlik Şurasının üzvlərini nəzərdə tuturam. Ancaq, əfsuslar olsun ki, Bolqarıstan xaricindən daha çox dəstək alıram nəinki rəsmi Sofiyadan", - deyə İrina Bokova qeyd edib.
Qeyd edək ki, BMT-nin yeni baş katibi bu il seçiləcək. Hazırki baş katib Pan Qi Munun səlahiyyət müddəti dekabrın 31-də başa çatacaq. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/unesco-nun-bas-direktoru-i-rina-bokova-bmt-nin-bas-katibi-olmaq-isteyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR