Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Türkiyədə daha iki hərbçi şəhid olub

Türkiyədə daha iki hərbçi şəhid olub

Türkiyədə PKK-çılarla atışma - 1 əsgər şəhid oldu, 3-ü yaralandı (23 Mart 2017 02:09)
Bu ailə 230 şəhid verib (20 Mart 2017 01:58)
Türkiyədə avtomobil yolunda partlayış törədilib, 2 hərbçi şəhid olub (15 Mart 2017 10:57)

Tarix: 11 Yanvar 2016 02:28

Bakı. Trend:

Türkiyənin Diyarbəkir vilayətinin Sur rayonunda PKK terrorçularına qarşı aparılan əməliyyatda bir hərbçi və bir polis məmuru şəhid olub, 3 əsgər yaralanıb.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, terrorçularla toqquşmada ağır yaralanan 4 türk əsgəri və bir polis məmuru Diyarbəkir Əsgər Hospitalına aparılıb. Həkimlərin səylərinə baxmayaraq əsgərlərdən birini və polis məmurunu xilas etmək mümkün olmayıb. Yaralı 3 əsgərin müalicəsi isə davam etdirilir.

Qeyd edək ki, 2015-ci il oktyabrın 1-dən Sur rayonunda fövqəladə vəziyyət elan olunub. Ötən dövrdə bölgədə aparılan antiterror əməliyyatlarında PKK-ya məxsus külli miqdarda silah və sursat ələ keçirilib, çox sayda terrorçu zərərsizləşdirilib.

Bizi Twitter-dən izləyin: @trend_az


Teqlər:  Türkiyədə iki hərbçi şəhid olub



RƏYLƏR


Top xəbərlər